Latviya sərhədçiləri Belarus-Latviya sərhədini qanunsuz keçən 8 miqrantı saxlamaq üçün atəş açıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə Latviya Sərhəd Xidmətindən məlumat verilib.
Belə ki, miqrantlar Tronişki kəndi yaxınlığında aşkar edilib. Sərhədçilər onların qanunsuz keçidinin qarşısını almaq üçün silahdan atəş açmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, miqrantların hamısı saxlanılıb. 4 Hindistan və 4 İran vətəndaşı gəldikləri ölkəyə geri qaytarılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.