Rusiyanın məşhur musiqi qrupu “Little Big” İrəvandakı konsertini ləğv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə qrup İnstaqram hesabında məlumat yayıb.
Belə ki, avqustun 12-i keçirilməli konsert təhlükəsizlik riski səbəbindən ləğv olunub. Belə ki, qrup nümayəndələrinin sözlərinə görə, konsertin təşkilatçıları tədbirin insidentsiz keçəcəyinə təminat verə bilməyiblər.
Həmçinin biletlərin 14 gün ərzində müştərilərə qaytarılacağı bildirilib.
Qeyd edək ki, 2020-ci ildə Rusiyanı Avroviziya mahnı müsabiqəsində təmsil edən “Little Big” qrupu ötən il ölkəni tərk edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.