Yunanıstan istiqamətində Türkiyə sərhədini pozmaq istəyən 17 şəxs, o cümlədən FETÖ terror təşkilatının 8 üzvü saxlanılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiye Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, məlumatda bildirilib ki, saxlanılanlardan 1-i PKK/KCK terror təşkilatının üzvüdür.
Qeyd edək ki, ''Türkiyənin sərhəd pozuntularına qarşı mübarizəsi qətiyyətlə davam edir.Yunanıstan istiqamətində Türkiyə sərhədini pozmaq istəyən 17 şəxs saxlanılıb.İstintaq nəticəsində saxlanılanlardan 8-nin FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib'',- deyə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.