Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışlar səbəbindən Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar bölgədən 100 mindən çox insan təxliyə edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz Anadolu agentliyinə bildirib.
Belə ki, bu ilin iyul ayının 9-dan bəri Kasur, Pakpattan, Vehari, Bahavalnagar, Lodhran, Multan və Bahavalpurun şimal bölgələrindən 100 mindən çox insan təxliyə edilib.
Həmçinin məlumata görə, həmin tarixdən bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.
Qeyd edək ki, Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları “son 35 ilin ən dəhşətlisi” adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.