AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmran Xana və sabiq xarici işlər naziri Şah Mahmud Qureşiyə qarşı xüsusi məhkəmə prosesi başlayıb - Pakistan

  • + A
  • - A
  • 1-11-2023, 11:42


    İmran Xana və sabiq xarici işlər naziri Şah Mahmud Qureşiyə qarşı xüsusi məhkəmə prosesi başlayıb -


    Hazırda Pakistanda sabiq Baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xana və sabiq xarici işlər naziri Şah Mahmud Qureşiyə qarşı xüsusi məhkəmə prosesi başlayıb. Azadmedia.az Xarici telekanala istinadla xəbər verir ki, müttəhimlərin məhkəmənin dayandırılması və girov müqabilində azad edilmələri barədə apelyasiya şikayətini rədd edən məhkəmə kollegiyası hazırda şahid ifadələrini araşdırır. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.

    Qeyd edək ki, Pakistanın Federal Təhqiqatlar Agentliyi İmran Xan və Şah Mahmud Qureşini “Dövlət sirri barədə qanunu” pozmaqda, Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadədə və dövlətin təhlükəsizlik maraqlarına zərər vurmaqla şəxsi mənfəətləri naminə məxfi sənədlərin məzmununu açmaqda ittiham edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR