Türkiyənin İzmir vilayətində qanunsuz miqrasiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Belə ki, nazir bildirib ki, əməliyyat nəticəsində 309 qanunsuz miqrant saxlanılıb. “Qalxan” adlı əməliyyat İzmirin başda Basmane bölgəsi olmaqla müxtəlif yerlərində keçirilib.
Qeyd edək ki, Türkiyədə qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.