AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu HƏMAS-ın müdafiə xəttini yardı - Haqari

  • + A
  • - A
  • 2-11-2023, 00:36

    İsrail ordusu HƏMAS-ın müdafiə xəttini yardı -



    İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yarıb. Azadmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.

    Belə ki, “Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttini yarıb", - deyə o bildirib.

    Sözçü qeyd edib ki, nəticədə İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın müdafiə cəbhəsini yarmağa müvəffəq olub.

    Xatırladaq ki, İsraillə Fələstin arasında müharibə oktyabrın 7-də başlayıb. İlk günlərdə İsrail hərbçiləri canlı qüvvə və zirehli texnikada xeyli itki verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR