ABŞ-ın İraq və Suriyada yerləşən üç hərbi bazası pilotsuz uçuş aparatlarının (PUA) və silahlı şəxslərin hücumuna məruz qalıb. Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Al Mayadeen telekanalına istinadla xəbər verir ki, İraqın Ənbər əyalətində yerləşən və amerikalı hərbçilərin dislokasiya olunduğu Ayn-əl-Əsəd bazasına ən azı iki dəfə, Suriyanın Ət-Tanf şəhərindəki ABŞ bazasına isə bir dəfə PUA ilə hücum edilib. Bundan başqa, “İraqın İslam müqaviməti” hərəkatı Ərbil şəhərinin şimalındakı bazanı atəşə tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.