AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailli girovların ailələri “İndi” şüarlarını səsləndirərək, əzizlərinin azad edilməsini tələb ediblər - KİV

  • + A
  • - A
  • 7-11-2023, 13:51

    İsrailli girovların ailələri “İndi” şüarlarını səsləndirərək, əzizlərinin azad edilməsini tələb ediblər -


    ''Həmas'' tərəfindən mühasirə altındakı Qəzza zolağında saxlanılan israilli girovların ailələri hökumətə yaxınlarını tezliklə evlərinə qaytarması ilə əlaqədar çağırış edib. Bəzi ailələr isə ''utanın'' deyərək parlamentdəki millət vəkillərinə reaksiya verib.
    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, oktyabrın 7-də Həmas tərəfindən əsir götürülən israillilərin ailələri və onları dəstəkləyənlər Qərbi Qüdsdə İsrail parlamentinin qarşısında toplaşıblar.
    ''Həmas''ın Qəzza zolağında saxladığı israilli girovların ailələri tərəfindən yaradılan Qaçırılan və İtkin Ailələr Təşəbbüsünün təşkil etdiyi nümayişə yüzlərlə adam qatılıb. Onlar girov götürülən israillilərin fotolarını daşıyıblar.
    İsrailli girovların ailələri “İndi” şüarlarını səsləndirərək, əzizlərinin azad edilməsini tələb ediblər. Bəzi ailələr də İsrail parlamentində millət vəkillərinə “Utanın'' deyərək reaksiya verib.

    Çiyninə asılmış avtomatik tüfəng və belində tapança ilə ailələrin nümayiş keçirdiyi əraziyə gedən ifrat sağçı ''Yəhudi Gücu'' partiyasının millət vəkili Almoq Koen israilli girovların ailələri ilə mübahisə edib.

    İsrail ordusu Qəzza zolağında ''Həmas'' tərəfindən saxlanılan 242 israilli məhbusun olduğunu bildirib.

    Amerika Birləşmiş Ştatlarında (ABŞ) Fələstinə dəstək məqsədilə keçirilən ölkə tarixindəki ən böyük nümayişdə İsrailin Fələstinə etdiyi hücumlar “soyqırım” kimi qiymətləndirilib.
    Paytaxt Vaşinqtonda keçirilən Fələstinə dəstək nümayişində etirazçılar prezident Co Bayden hökumətinin İsrailə verdiyi dəstəkdən məmnun olmadıqlarını dilə gətirib.

    Nümayişçilər hökuməti Qəzzada atəşkəs elan etməyə və ABŞ-ın İsrailə yardımını dayandırmağa çağırıb.
    Meksikada da minlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib.
    Paytaxt Mexikoda toplaşan 100-ə yaxın qeyri-hökumət təşkilatının üzvləri və vətəndaşlar İsrailə reaksiya veriblər.
    Etirazçılar Mexiko şəhərinin tarixi meydanı və Prezidenti İqamətgahının yerləşdiyi əraziyə doğru yürüş ediblər.

    Nümayişçilər dərhal atəşkəsə çağırıb və “Azad Fələstin'' ilə ''Qətliamı dayandırın'' kimi şüarlar səsləndiriblər.
    İtaliyanın Neapol Orientale Universitetinin bir qrup tələbəsi də Fələstinə dəstək üçün etiraz aksiyası keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR