Türkiyənin Milli İstihbarat Təşkilatı İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlarını davam etdirir. Azadmedia.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Belə ki, əməliyyat zamanı PKK-nın narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında məsul şəxsi Yadin Bulud zərərsizləşdirilib.
Qeyd edək ki, Bulud 2015-ci ildə PKK-a qoşularaq İraqın şimalındakı Qəndil və Hakurk-Avaşin bölgələrində fəaliyyətini davam etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.