Suriyanın Əş-Şəddad şəhərindəki ABŞ bazasına PUA hücumu edilib. Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Belə ki, bazanın ərazisində 3 partlayış olub. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.
Bundan başqa, Suriyanın şərqində, "Koniko" neft yatağı yaxınlığında yerləşən ABŞ-ın daha bir bazası da raket atəşinə tutulub. Hücum nəticəsində ABŞ hərbçiləri arasında itkilərin olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.