“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata çatacağı proqnozlaşdırılır”.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yaşa görə orta aylıq pensiyanın məbləği 467 manatdan 519 manata çatacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.