AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada 15 nəfər dönərdən zəhərləndi - TƏBİB-dən açıqlama

  • + A
  • - A
  • 7-05-2024, 22:06

    Zaqatalada 15 nəfər dönərdən zəhərləndi - TƏBİB-dən açıqlama

     
    Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.

    Zəhərlənən şəxslərin hamısı şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

    Hazırda zəhərlənən şəxslərə Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda tibbi yardımlar göstərilir.

    Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

    TƏBİB bildirilib ki, bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

    Bildirilib ki, onlardan 5-i uşaqdır:

    “Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR