İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 4 700 000,00 manat artırılır.
Bu barədə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.
“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.
Eyni zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300 000,0 manat olacağı proqnozlaşdırılır. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0 manat azaldılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.