"Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq".
Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bu məqamda sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var. Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır. Eyni zamana regionlarda yeni 700-800 manatlıq iş yerləri açılmalıdır ki, əhali Bakıya axışmasın. Bununla yanaşı, Bakının tıxacını da aradan qaldıra bilərik. Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz” - deyə Ə.Məsimli əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.