Londonun bəzi əsas xəstəxanalarının kiber hücuma məruz qalması problemlərə yol açıb.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, Londonun Kings Kollec, Royal Brompton, Evelina London Uşaq Xəstəxanası, həmçinin Qays və St Tomas xəstəxanalarının sistemləri böyük kiber hücuma məruz qalıb.
Belə ki, kiber hücumun sistemdə yaratdığı problemlərə görə bir çox xəstənin prosedurları ləğv edilməli olub və ya başqa xəstəxanalara yönləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.