Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı  rayon sakinləri   Orxan Məmmədov, Elxan Məmmədov  və Zaur Ağamalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda  narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində  həbs qətimkan tədbiri seçilib.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.