AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nişan üzüyü almağa gələn gənclər həyatlarını itirdi - SƏBƏB

  • + A
  • - A
  • 22-05-2023, 15:09

    Nişan üzüyü almağa gələn gənclər həyatlarını itirdi - SƏBƏB

    Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması nəticəsində 5 nəfər ölüb. Bunlar:

    - 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;
    - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;
    - 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;
    - 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

    Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

    Yol qəzası ilə bağlı bəzi təfərrüatlar da məlum olub.

    Bildirilir ki, hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə #nişanmərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gəlirmiş.

    Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR