Tver vilayətində göyərtəsində 10 nəfərin olduğu şəxsi təyyarənin qəzaya uğramasını hadisə şahidləri lentə alıblar.
Xatırladaq ki, “Embraer Legacy” şəxsi təyyarəsi qəzaya uğrayıb.
Federal Hava Nəqliyyatı Agentliyi xüsusi yaradılmış komissiyanın qəza ilə bağlı araşdırmaya başladığını bildirib. Departamentdə qeyd olunduğu kimi, qəzaya uğrayan təyyarə biznes daşımaları üzrə ixtisaslaşmış “MNT-Aero” MMC-yə məxsus olub.
Rusiya İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edəcək idarənin əməkdaşları həmin yerə yola düşüblər. Onlar həmçinin fəlakətin səbəblərini müəyyən etmək üçün istintaq hərəkətləri aparacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.