Neft ucuzlaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 77,94 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04% azalaraq 74,8 dollar təşkil edib.