AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır

  • + A
  • - A
  • 22-02-2022, 12:33

    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır

    2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırlıması məqsədilə ayrılmış vəsait hesabına, Goranboy rayonunda 17,7 km, Daşkəsən rayonunda 1,5 km, Naftalan şəhərində 16 km, Tərtər rayonunda 9 km olmaqla ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 körpü bərpa edilmişdir.
    Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov AAYDA işçilərinin peşə bayramına həsr edilmiş mətbuat konfransında bildirərək qeyd edib ki, Erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar ki, məhv etmişdir. Bu üzdən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilmişdir.
    Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi, Azərbaycan Respublikasının Prezidenti və birınci Xanımı 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.
    Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.
    Möhtərəm cənab Prezident 2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə gedərkən, Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də qoydu.
    Qarabağımızda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolunu yüksək sürət və keyfiyyətlə inşa edilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR