Son günlər baş verən yol-nəqliyyat hadisələri yol infrastrukturunun əsaslı yenidənqurulmasını gündəmə gətirdi. Yeni yollar çəkilir, çəkilən yolların ödənişli olması gündəmə gətirilir.
Azadmedia.az bu mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert
Aslan Əsədovun fikirlərini öyrənib.
Yolların pullu olmasına ekspert kimi Aslan Əsədovun münasibəti necədi?
Pullu yollar nəyi dəyişəcək?
Yollar pullu olandan sonra qalan yolların dağılacağı qaçılmazdı. Ekspertin fikrincə necə etmək olar ki, o yollar da istifadəyə yarasın? - suallarına ekspertimizin cavabını təqdim edirik:
"Ödənişli yollar metodundan dünyanın hər yerində istifadə olunir. Bu metoddan Azərbaycanda Bakı-Quba yolu kimi tanıdığımız Rusiya Federasiyasına gedən avtomobil yoluna alternativ olaraq yeni magistralın çəkilməsində tətbiq olunacaq. Yolun bəzi hissəsinin hazır olması barədə xəbərlərə və fotolara da sosial mediada rast gəlmək olur. Pullu yollarda avtomobil yolları nəzarətdə saxlanacaq, onların istismar müddətinin daha uzun olması, keyfiyyətli yolların inşası çoxalacaq. Pullu yollar nəyi dəyişəcək? - sualına cavab olaraq demək istəyirəm ki, sürət yüksək olacaq, xidmətlər yaxşılaşacaq. Yola görə pul almaq müxtəlif ölkələrdə müxtəlif cür səslənir. Elə dövlətlər var ki, orda yolbasdı deyirlər. Pullu yollardan sonra köhnə yolların dağılacağı qaçılmazdı. Mən deməzdim ki, yeni çəkilən yollardan yalnız imkanlılar istifadə edəcək. Elə bir rüsum tətbiq etmək olar ki, o yollardan hamı istifadə etsin və mənzil başına daha rahat, daha təhlükəsiz çata bilsin. Köhnə yollarda radar, kamera və digər vasitələr var. Eyni magistral, eyni xüsusiyyət olacaq hər ikisində. Sadəcə keyfiyyət fərqi və zaman baxımından vətəndaşlara daha cəlbedici görünür. Magistrallar perspektivli bir sahə kimi inkişaf etdirilir. Yolların təmir-tikintisi daim nəzarətdə saxlansa, daha səmərəli materiallardan inşa olunmasına nəzarət güclənsə yol infrastrukturundan istifadədən rentabel gözləmək olar. Yolun uzunmüddər istifadəyə yararlı olması üçün tərəzilər vasitəsilə nəzarət etməklə yola düşən yükün azaldılması və bu kimi amillərə nəzər yetirnək lazımdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.