Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin bakalavriat pilləsinə qəbulun ilkin nəticələrini açıqlayıb.
Bu il Azərbaycan Dövlət Dəniz Akademiyasının 4 ixtisası üzrə ayrılan 350 plan yerindən 343-ü (98%) dolub.
“Dəniz naviqasiyası mühəndisliyi” – 120 yerin 113-ü (94%)
“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” – 100 yerin 100-ü (100%)
“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” – 35 yerin 35-i (100%)
“Elektrik və elektronika mühəndisliyi” – 35 yerin 35-i (100%)
Xəbər verildiyi kimi, 2025/2026-cı tədris ili üzrə Azərbaycan Dənizçilik Kollecinin (ADK) məzunlarına ADDA-ya imtahansız qəbul imkanı yaradılıb.
Dənizçilik sahəsində çalışan və ADK-nı bitirmiş şəxslər Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə (ÜOMG) əsasən ADDA tələbəsi adını qazanıblar. Onlardan 35-i “Dəniz naviqasiyası mühəndisliyi”, 25-i isə “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasları üzrə qiyabi formada təhsil alacaq. Bu göstərici plan üzrə nəzərdə tutulan yerlərin 100%-nə bərabərdir.
Akademiya üzrə maksimal keçid balı “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə (629,7 bal) olub.
#ASCO #ADDA #dənizçilər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.