AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb

  • + A
  • - A
  • Dünən, 10:20

    Milli Məclisin sədri Sahibə Qafarova Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya Respublikası Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
    Görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib. Tərəflər iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu vurğulayıblar. Bu istiqamətdə parlamentlərin də ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.
    Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
    Görüşdə bu ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib, qanunverici orqanların iqlim dəyişmələri ilə mübarizədə çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR