AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gürcüstanın bayramı Azərbaycanın bayramıdır” — Oqtay Əsədov

  • + A
  • - A
  • 17-12-2018, 11:22

    “Gürcüstanın bayramı Azərbaycanın bayramıdır” — Oqtay Əsədov














    “Gürcüstanın bayramı Azərbaycanın bayramıdır”.
    “Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

    O, bildirib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanı yeni prezident münasibətilə təbrik edirəm. Gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.

    O.Əsədov Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etməyin onun üçün vacib olduğunu qeyd edib: “Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçiririk”.
    Parlament sədri Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirdiyini qeyd edib: “Ötən il Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və hesab edirəm ki, bu, böyük nailiyyətdir”.

    Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimində O.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR