AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni komissiya yaradıldı - Baş nazirdən QƏRAR

  • + A
  • - A
  • 4-10-2021, 19:16



    Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair aşağıdakı tərkibdə Əlaqələndirmə Komissiyası yaradılıb.

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının əmək və əhalinin sosial

    müdafiəsi naziri

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi

    nazirinin müavini

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

    üzrə Dövlət Xidməti rəisinin birinci müavini

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti

    sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin

    İdarə Heyəti sədrinin birinci müavini

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının

    birinci müavini

    Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının

    birinci müavini

    Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini

    Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini.

    Komissiyaya tapşırılıb ki, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR