Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, "Yağmur" restoranının qarşısındakı söyüd ağaclarının qurudulması və dibinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Davud Əhmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağacların dibinin aidiyyəti qurumlar tərəfindən tullantılardan təmizləndiyi müəyyən edilib.
“Ağacların dibindən torpaq nümunələri götürülərək analiz olunması üçün laboratoriyaya təqdim olunub”.
D.Əhmədov bildirib ki, ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.