2024-cü il ərzində hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.
Nəticədə:
- qatarın pəncərələri zədələnib;
- sərnişinlərin həyatına təhlükə yaranıb;
- bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.