Masalli rayon 70 saylı seçki dairəsindən seçilən Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə I və II Qarabağ Müharibəsi şəhidlərinin ailələri ilə mütəmadi görüşlər keçirilir, onların qayğı və problemləri həmişə diqqət mərkəzində saxlanılır.
Bugün Masallı rayon Alışanlı kəndindən olan şəhid qəhrəmanımız Şirəliyev Racı Qafil oğlunun ad günüdür. Bu münasibətlə şəhidin ailəsi M.Məmmədovun köməkçiləri tərəfindən ziyarət olunub.
Onlar şəhid Şirəliyev Racının ailə üzvləri ilə həmsöhbət olub, dərdlərinə şərik olduqlarını bildiriblər. Şəhidin atası oğluyla bağlı xoş xatirələrini bölüşüb, diqqət və qayğı üçün rayon rəhbərliyinə və Millət Vəkilinə ailəsi adından təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.