AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İctimai Şurada regional rəqəmsal hökumət portalı müzakirə olunub

  • + A
  • - A
  • 20-05-2021, 16:32


    20 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Onlayn formatda baş tutan görüşdə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan regional rəqəmsal hökumət portalının ilkin versiyası İctimai Şuraya təqdim edilib.

    Şura üzvlərinə görüş çərçivəsində portalın əsas səhifəsinin, şəxsi kabinet və sorğu hissələrinin ilkin versiyada hazırlanaraq ictimaiyyətin müzakirəsinə çıxarıldığı bildirilib, mövzu ətrafında geniş təqdimat keçirilib. Görüşdə, həmçinin portalın vətəndaş qəbulu, xidmətlər, e-iştirakçılıq, təklif-şikayətlərlə bağlı ictimai açıq hesabatlılıq modulu izah edilib, portal üzərindən vətəndaş müraciətlərinin paralel olaraq çatbot vasitəsilə də qeydə alına biləcəyi vurğulanıb.

    Şura üzvləri tərəfindən layihənin paytaxt və bölgələr arasında rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına və regional rəqəmsal transformasiyanın sürətləndirilməsinə öz töhfəsini verəcəyi bildirilib.

    Tədbir çərçivəsində yerli icra hakimiyyətləri və vətəndaşlar üçün yaradılmış portalın funksionallıqları haqqında İctimai Şuranın üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.

    Regionlarda rəqəmsal hökumət quruculuğu çərçivəsində başlanan layihənin tətbiq olunması üçün ilkin olaraq sosial-iqtisadi aktiv 3 rayon seçilib: Gəncə şəhəri, Masallı və Quba rayonları. Bu rayonlar Azərbaycanın hər bir zonasının (Şimal, Cənub və Qərb) təmsil olunmasına, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzinin də yerləşməsinə görə seçilib. Layihələrin uğurlu tətbiqi yekunlaşdıqdan sonra bu təcrübənin digər rayonlar üçün də işlənərək tətbiqi nəzərdə tutulub.

    Yerli icra hakimiyətlərinin xidmətlərinin elektronlaşdırılması data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti, xidmət keyfiyyətinin yaxşılaşdırılması, vaxt və resurslara qənaət olunması və vətəndaş iştirakının təmin olunması baxımından həm yerli icra hakimiyyətləri, həm də bölgə vətəndaşları üçün böyük əhəmiyyətə malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR