AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA

  • + A
  • - A
  • 15-04-2021, 11:23

    Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA

    Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərtilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.

    Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Surxay Məmmədli deyib.

    O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəlli olacaq:

    “Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaqlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR