Şəkidə iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə

Şəki rayonunda istirahətə gedən iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə “Şəki yaylası” ərazisində baş verib. İlkin məlumata əsasən, əyləncə məqsədilə istifadə olunan trosun qırılması iki şəxsin hündürlükdən yıxılmasına səbəb olub.
Nəticədə 31 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu dünyasını dəyişib.
Hadisənin səbəbləri araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.