FHN Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.