Hibrid təhlükələrdən necə qorunaq?! Ekspert rəyi
Son vaxtlar hibrid təhlükələr artıb. Müxtəlif sosial platformalar üzərindən dezinformasiyalar yayılır, vətəndaşların bank kartlarından pul vəsaitləri çəkilir.
Bu cür halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?
Politoloq Yeganə Hacıyeva AzadMedia.az-a açıqlamasında bildirib ki, virtual müstəvidən öz imkanları üçün istifadə edənlər var:
“Məsələ ondadır ki, niyə müdafiəmizi zəif qurmuşuq?! Çünki “niyə müdaxilə edirlər?” deyib soruşa bilmərik. Bu yeni bir düzəndir. Yeni düzəndə isə köhnə üsullar işləmir. Ona görə də yeni üsullarla mütləq tanış olmaq lazımdır. Nəticə etibarilə biz müdafiəmizi ancaq və ancaq gücləndirə bilərik. Bu gün qlobal səviyyədə dövlətlərin üzərinə düşən əsas vəzifələrindən biri vətəndaşların rəqəmsal hüquqlarının qorunmasıdır. Bu heç bir halda vətəndaşların digər hüquqlarının qorunmasından az əhəmiyyətli deyil. İnsanların birbaşa hesablarından maliyyə çəkilir. Təbii ki, o pulun geri qaytarılması asanlıqla başa gəlmir.
Çox uzun prosesdir və bu vaxt insan narahatlıq keçirir. Təbii ki, güvən və etibar da zədələnir. Bir faktı da deyim. Bu gün Azərbaycan həm daxildən, həm də xarixdən hibrid alətlərlə assimetrik müharibələrlə üz-üzədir. Hesab edirəm ki, daha ehtiyatlı olmalıyıq”