Karen Vrtanesyan öz Facebook səhifəsində yazır:
Ötən il Sona Mnatsakanyanın və onun bətnindəki övladının qətli ilə bağlı cəmi 5 dinləmə təyin edilmişdi, onlardan yalnız 3-ü baş tutmuşdu. 2 iclas təqsirləndirilən şəxsin vəkilləri iştirak etmədiyi üçün baş tutmayıb.
Həmin 3 iclasdan birində, səhv xatırlamıramsa, Sonanı vuran maşının sürətini təyin edən eksperti müttəhimin müdafiəçiləri ikinci dəfə məhkəməyə çağıraraq onun gəldiyi qənaəti bir az dəyişdirərək, eyni şeyi soruşdular. 2 saat ərzində 2-3 sual.
Şübhə etmirəm ki, müdafiəçilərin strategiyası iddia müddəti bitənə və məsələ bağlanana qədər hüquqi prosesi uzatmaqdır.
Əminəm ki, qurban Nikolyan olsaydı, hər həftə məhkəmə iclasları təyin olunardı.
Azadmedia.az xatırladır ki, aprelin 16-da Paronyan və Leo küçələrinin kəsişməsində cip avtomobili tərəfindən vurularaq öldürülən 29 yaşlı hamilə Sona Mnatsakanyanın atası narahat olduğunu bildirib. Onun sözlərinə görə, cinayət işindəki maddi sübutların bir hissəsi məhv edilib.
Qızı öldükdən bir gün sonra baş nazir ona zəng edib, başsağlığı verib və iş üzrə qərəzsiz araşdırma aparılacağını bildirib.
“Lakin bizim dəfn mərasimi ilə məşğul olmağımızdan və təqsirləndirilən şəxsə qarşı dərhal şikayət vermədiyimizdən istifadə edərək, yalnız bir maddə ilə ittiham irəli sürülüb və sürücü həbsdən azad edilib. Yalnız vəkilimiz vasitəsilə vəsatət qaldıra bildik və ittihama ikinci maddəni – hadisə yerindən qaçma və zərərçəkmişə köməklik göstərməmə maddəsini əlavə edə bildik. Sürücünün təcili yardım çağırdığı iddia edilir, lakin onun hadisə yerindən qaçması danılmaz faktdır. Bir neçə gün əvvəl mən ekspertizanın ilkin rəyini aldım, ona görə də sürücü icazə verilən sürəti aşıb və qəzanın qarşısını almaq üçün heç bir tədbir görməyib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.