Kolleclərdə “müəllimlik” ixtisası ləğv ediləcək?
Elm və təhsil naziri E. Əmrullayev diyib: Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır".
O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.
Nazirin dediklərində müəyyən həqiqət var. Məsələnin digər tərəfi ondan ibarətdir ki, biz müstəqillik qazandıqdan sonra təhsilin bu pilləsini inkişaf etdirə bilmədik. Yalnız ad dəyişdi. "Texnikim" anlayışı "kollec" anlayışı ilə əvəzləndi. Kolleclərin Ali məktəblərin nəzdinə verilməsi nəyi dəyişdi? Kollecləridə ən ciddi problem müəllimlə bağlıdır. Əslində Ali məktəblər Kolleclər üçün mülllim hazırlığını ön plana çəkməli idilər. Ancaq ali məktəblərin özündə müəllim hazırlığı yetərlidirmi? Çox ciddi problemlər mövcuddur. Qərbdə universitetlərlə rəqabət aparan kolleclər təhsilin bu pilləsinin sürətlə inkişafına səbəb oldu. Qərb kollecləri Ali məktəb statusundadır. Təhsilin bu vacib pilləsinin zəiflədilməsi bizim təhsil sisteminə yaxşı heç nə vəd etmir. Bizdə Kollec təhsilini əsasən qızlar seçir…Əgər Ali məktəblər onların nəzdində fəaliyyət göstərən kolleclərdə təhsilin keyfiyyətində əsaslı dəyişiklik yarada bilmirsə, bu təhsil müəssisələrinə muxtariyyat vermək lazımdır.
İndi siz kolleclərin birinin adına diqqət edin:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci...
Etibar Əliyev,
Təhsil üzrə ekspert
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.