Özünüzü təqdim edərdiniz..
Qeyd etməliyəm ki, AzadMedia.az-ın ilk dəfədir ki, Ebru Sənəti ilə bağlı müsahibi olur.. Biz məmnun olduq..
Dünya sənətlərində yeganə canlı sənət Ebrudur və ebru insanın ruhuna ən yaxın sənətdir. İnsanın qəlbini dinləyir, anlayır, dünyanı sevindirir. Ebru bir elmdir. Fəlsəfə var, Kimya var, Fizika var, Psixologiya var. Ancaq Ebru təbiətdən doğan bir sənətdir və fiziki və ya kimyəvi heç bir qatqısı yoxdur. Elə ebru sənətinin əsas özəlliyi də budur.
2. Ebru sənətinin mənası, mənşəyi və tarixi barədə oxuyucularımıza qısa məlumat verərdiniz.Ebru sənəti xəttatlıqda yaranıb, yəni xəttatların istifadə etdiyi bəzəkli kağız kimi. Açıq rəngli ebru üzərində yazılar yazar, əlvan rəngli ebruları isə kənar pərvazlar kimi və daha çox kitab cildləməsində istifadə edilib. Fərziyyələrə görə, bu sənət IX əsrdə Buxara şəhərində yaranıb və daha sonra bir çox Türk xalqları arasında yayılıb. Ebru yalnız və yalnız türk xalqlarına məxsusdur. Başqa heç bir xalqa.
Əlbəttə ki, bunu tarixi tapıntılarda birbaşa sübut edir. Təxminən XV əsrdən sonra isə Türkiyədə yaranıb və günümüzə qədər yaşadılıb. Bəzən məlumat gəzir ki, İrandan gəlib Türkiyəyə, lakin bu belə deyil. Təbriz Azərbaycanlılarından gəlib. Osmanlı dövründə Təbrizdən gedən xəttatlarımız olub, bilirsiniz ki, ən gözəl xəttatlar da məhz, Təbriz şəhərində olub.
Buradan da bəlli olur ki, bu sənət bizdə çox daha əvvəllər yaşayıb, hətta XI-XII əsrlərdə. Nizami Gəncəvinin Xosrov və Şirin poemasında da şair ebru haqqında qeyd edib-suyun üzərində naxış çəkərdi. Ebru- ebri – Farsca, buludvari deməkdir. Su üzərində alınan formalarbuludvari olduğundan ona bu ad verilib. Buna bənzər ərəb və fars sözləri var ki, ebru ilə əlaqələndirirlər abru ebr və.s.. yəni, su üzü, qaş damar, üz üçün su və.s..
Lakin heç birinin ebru sənətinə aidiyyatı yoxdur.
3. Nə vaxtdan Ebru ilə məşğulsunuz və bu sənət sizə nəyi öyrədib?Artıq 4 ildir bu sənətin aşiqiyəm və bu sənət mənə həyatı sevdirdi. Mən özümü tapdım, sanki. Mən özümü tanıdım..
Ustam Bekir Ozsu belə deyirdi – Ebrunu çoxu seçər amma ebru hər kəsi seçməz və “Səni ebru seçmiş artıq”.
4. Bilirik ki, Siz digərlərindən fərqli olaraq qardaş Türkiyədən olan Ebru ustadlarından dərs almısınız – kimlərin adlarını çəkərdiniz?Mən yeni öyrənməyə çalışarkən internet vasitəsi ilə bir çox ustaları izləyirdim. Lakin daha çox Bekir Ozsunun videolarından öyrənə bilirdim. Bir gün özünə yazdım, çox yaxşı insandır, həmən internet virtual olaraq mənə kömək etməyə və anlatmağa çalışdı. İnanmayacaqsınız amma fizika qanunları ilə mənə fırça vuruşunu öyrətdi. Daha sonra bu sənətin əsas sirrlərini öyrənmək üçün Türkiyəyə dəvət etdi. Ustamın sayəsində mən əsl Ebrunu tanıdım və tanımağa çalışıram. Ustad Alparslan Babaoğlundan da klassik ebrunu öyrənməyə çalışıram. Ondan da olduqca xeyli məsləhətlər almışam. Və hər ikisi ustadlarımdır.
5. Azərbaycanda təxminən nə vaxtdan bu sənətlə məşğul olurlar – Azərbaycanda tanınmış Ebru ustadları varmı və kimlərdir?Mənim yarama toxundunuz. Təxminən 20 ildir, bu sənət bizə də qədəmlərini qoyub hətta əsrlər öncə geri qayıdıb deyərdim. Lakinçox təəssüf ki, yanlış formada, bir əyləncə olaraq tanınıb, bir ciddi sənət olaraq deyil. Hər kəs bu sənəti uşaqları sevindirəcək bir oyun olaraq görür.
Ancaq əlbəttə ki, ebrunun kifayət qədər ciddi qaydaları vardır. Rənglərin su üzərində rəqsi adlandırılırdı. Bu sənət bizim qədim sənətimizdir və biz onu doğru tanıtmalıyıq, bir sözlə sahiblənməliyik və dünyaya doğru təqdim edərək tariximizdən bir parça olaraq tanıtmalıyıq.
6. Gənc Ebruçular arasında özünüzə rəqib gördükləriniz varmı?Doğrusu, hələki özümə rəqib görmürəm. Öz tələbələrimdən bunu çox gözləyirdim. Lakin təəssüflər olsun ki, özüm qədər ebru sənətinə aşiq birisini görmürəm. Və xüsusilə, ebru sənətini qaydaları ilə birlikdə anlayan birini tapa bilməmişəm. Bir xanım var, ondan ümidliyəm, təbii ki, zaman göstərəcək. Ebru ilə məşğul olanlar çoxdur bizdə. Bəlkə gələcəkdə elə biri gələcək ki, mən ondan öyrənəcəyəm. Tək məqsədim odur ki, Azərbaycan qədim sənətinə sahiblənsin, öyrənsin və yaşatsın. Rəqib mənim üçün qorxulu deyil..
7. Öz şəxsi sərginizi nə vaxta planlayırsınız?Nə vaxt ki, Mədəniyyət Nazirliyi tərəfindən mənim sənətimə ciddi yanaşılacaq, o vaxtı gözləyirəm..
8. Ebru ilə bağlı hazırda dərslər verirsinizmi?Hazırda, pandemiya ilə, əlaqədar olaraq dərslərimiz dayandırılıb. O səbəbdən dərslərimi onlayn şəkildə davam etdirirəm. Lakin ebru bu tərzdə öyrəniləcək sənət deyil, çünki olduqca çətin olur belə öyrənmək. Tezliklə yenidən dəsrlərimizi canlı şəkildə davam etdirəcəyik..
- Ebru sənətinin sirri nədədir – yəni hər kəs Ebru sənəti ilə məşğul ola bilərmi yoxsa xüsusi istedad tələb edir?
Sevgi və səbr! Bəlkə də istedad da olmalıdır, lakin önəmli olan bu deyil.
9. Ebrunun materialları nələrdir - Ebrunu bir dəfəyə etmək olarmı?Ebru sudan və torpaqdan yaranır. Fırçası at quyruğundan fırçanın saplağı qızılgül budağından hazırlanır. Suyun üzərində boyanı batmadan saxlayan və incəldən isə dana ödüdür. Bir ebrucu bir neçə gün əvvəl hazırladığı boya ilə bu gün işləyə bilməz. Onu hər gün yenidən hazırlamalı və ayarlamalıdır. Hər gün öyrənilən və zəhmət tələb edən bir sənətdir. Hazır materiallarla usta köməkliyi ilə bir dəfəyə nələrsə çəkə bilərsiniz, lakin öyrənməyinizə zaman gərəklidir.