AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABİTURİYENT QIZLARIN NƏZƏRİNƏ

  • + A
  • - A
  • 11-04-2021, 19:00


    E L A N

    2020/21-ci tədris ilində Masallı rayonunun 70 saylı Seçki Dairəsinə daxil olan ümumtəhsil məktəblərinin XI sinfini bitirmiş qızların təhsillərini davam etdirməsinə komək məqsədi ilə Dövlət Universitetlərin Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə müəllimlik ixtisaslarına 300 baldan yuxarı nəticə göstərərək ödənişsiz əsaslarla qəbul olunan tələbə qızlar üçün təhsil aldıqları müddətdə təqaüd, ödənişli əsaslarla qəbul olunanlar üçün isə təhsil haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən şərtlər aztəminatlı ailələrin qız övladlarına şamil edilir. Bütün təhsil və təqaüd xərcləri bank hesabı vasitəsilə tənzimlənəcəkdir.
    Qeyd:
    1.Bu şərtlər aztəminatlı ailələrin qız övladlarına şamil edilir.
    2. 300 baldan yuxarı nəticə göstərərək Dövlət Universitetlərinin müəllimlik ixtisasına qəbul olunan tələbələrə aiddir.
    3. Özəl universitetlərdə təhsil alanlara şamil edilmir.
    4. Semestr imtahanlarında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaqdır.
    5.Rayon üzrə şəhid övladlarına əlavə imtiyazlar veriləcək.
    Universitetə qəbul olunan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
    1. Təhsil Fondu adına ərizə
    2. Dövlət Pedaqoji və Xarici Dillər Universitetlərinə qəbul haqqında sənəd, topladığı bal
    3. Kapital bankda hesab nömrəsi
    4. Təhsil aldığı ümumtəhsil məktəbinə neçənci ildə daxil olması və 11-ci sinifi bitirməsi haqqında əmrdən çıxarış
    5. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil
    6. Şəxsiyyət vəsiqəsinin surəti
    7. Yaşayış yerindən arayış
    8. Valideynlərin iş yerindən arayış.
    Ünvan: Masallı Sənaye məhəlləsinin İnzibati binası “Masallı Təhsil Fondu”

    Əlaqə telefonu: 050-637-78-74
    050-457-77-33
    051-206-80-00


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR