AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BŞTİ müdiri məzunları təbrik edib

  • + A
  • - A
  • 14-06-2021, 16:28


    İyunun 14-də 27 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, məktəb rəhbərliyi, məhdud sayda müəllimlər və məzunlar iştirak ediblər.

    “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Məktəbin direktoru K.Həsənova məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Könül Həsənova məktəbdə ümumilikdə, 2 274 şagirdin təhsil aldığını, onlardan 114 nəfərin bu il məzun adını qazandığını bildirib.

    Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

    Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan İdarə müdiri həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini vurğulayıb. M. Vəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısının Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsi və millətin daha aydın sabahına xidmət etdiyini diqqətə çatdırıb.

    Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

    Qeyd edək ki, “Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə və açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR