AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BŞTİ-də struktur bölmələrin yarımillik hesabatları dinlənilib

  • + A
  • - A
  • 12-07-2021, 16:30


    Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) struktur bölmələrin 2021-ci ilin birinci yarımili ərzində görülmüş işlərə dair hesabatları dinlənilib.

    İclasda BŞTİ-nin müdiri Mehriban Vəliyeva və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

    Hesabat iclasında ayrı-ayrı sahələr üzrə yarım il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında məruzələr təqdim olunub.

    Hesabat verən struktur bölmə rəhbərləri tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, layihələr, kargüzarlıq, təchizat, ictimaiyyətlə əlaqələr, təlimə dəstək və digər mövzular barədə həyata keçirilən işlərə dair məruzələrlə çıxış ediblər.

    Görüşdə növbəti yarımildə həyata keçiriləcək tədbirlərdən, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən də danışılıb.

    Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin davamlı izlənilməsi, mövcud vəziyətlə əlaqədar nəzərdə tutulan tədbirlər, məsafədən öyrətmə və öyrənmənin təbliği, şagirdlərin qiymətləndirilməsi, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi və digər bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.

    M.Vəliyeva səmərəli fəaliyyət nəticəsində qazanılmış uğurların davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

    İdarə müdiri növbəti yarımilin yeni imkanlar və uğurların davamı ilə əlamətdar olacağına əminliyini ifadə edib. M.Vəliyeva ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR