AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi iştirakçısı Prezidentə müraciət etdi

  • + A
  • - A
  • 18-07-2021, 13:23


    Vətən Müharibəsi iştirakçısı Prezidentə müraciət edib. Azadmedia.az müraciəti olduğu kimi təqdim edir:
    Möhtərəm Prezidentim, Cenab Ali Baş Komandanım!
    Ehiyatda olan bir zabitiniz kimi təkcə ümidim Sizədir və əminəm ki, çox gec olmadan mənim haqda melumatınız olacaq və Ali Baş Komandanım olaraq dəyər verəcəksiniz.
    Qeyd edim ki, mən Dadaşov İLkin Eldar oğlu Sizin sərsncamınız ilə Ağdam, Suqovşan ve Cəsur döyüşcü medallarə ile təltif edilən, komandir və rəislərin qarşısında müsbət xarakterizə edilen Vətən Muharibəsi iştirakçısı, ixtisasca İstehkamçı zabitem, Ordumuzda çox sayda İstehkamçı çatışmazlığı oldugu halda 17 il əvvəl ailə tərbiyəsi görməyən birinə əl qaldırdığım üçün 1 il şərti cəza ilə cəzalandırılmışdım. Qələbəmizdən sonra Mudafiə Nazirliyimizin xidmətlərimi nəzərə alaraq mənə dəyər verməsini düşünurdüm, lakin teessüfler olsun ki, bu baş vermedi.

    Cenab Ali Baş Komandanım!
    Həyatda ehtiyaçım olduğu bir çox meseleler var, nə evim yox, 3 övlad atasıyam, Sizdən Silahlı Qüvvələrimizin sıralarına təkrar xidmetə çağırılmağım haqqında Müdafiə Nazirliyimizə göstəriş verməyinizi xahiş edirem. Müdafiə Nazirliyimizə muraciət etmişəm, lakin teessüflər olsunki mənim haqqəmda Vətən Müharibəmizdəki iştirakım, Sizin sərəncamınız ilə məni təltif etdiyiniz medallara baxmayaq müsbət qərar qebul etmədilər.
    Söz verirəm ki, xidmətimi şərəf və ləyaqətlə davam etdirecek, rəis ve komandirlərin əmr və gösterişlərini layiqincə yerinə yetirəcəm, lazım gələrsə bu yolda düşünmədən canımı da fəda edəcəyəm! Əks təqdirdə Cinayet Məcəlləsinin ən ağır maddələri ilə məsuliyətə cəlb olunmağıma belə razıyam!
    Allah Sizi ve ailenizi qorusun! Amin!
    Böyük hörmətlə: Sizin əsgəriniz, ehtiyatda olan zabit, Baş leytenant Dadaşov İLkin Eldar oğlu
    Əlaqə olaraq: 0503994498


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR