Bu gün Qaradağ Gənclər Evi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adı qazanmış gənclərimizlə görüş təşkil etmişdir.
Görüşdə Qaradağ rayonu üzrə ən çox yüksək nəticə göstərmiş 274 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsəliyev də iştirak etmişdir.
Görüş zamanı tələbə adını qazanmış gənclər və 274 nömrəli tam orta məktəbin kollektivi göstərdikləri uğurlu nəticələrə görə diplom və hədiyyələrlə təltif olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.