AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi edən namizədlərin nəzərinə!

  • + A
  • - A
  • 1-10-2021, 19:25

    Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi edən namizədlərin nəzərinə!

    Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatlar
    Rezidenturaya qəbul olmaq üçün müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər artıq məlumdur. Bildiyiniz kimi namizədlərdən 543 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.
    Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
    Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi oktyabrın 4‑dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
    Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramı təqdim edirik.

    Müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmamışdır)

    Minimal bal : 50.000
    Maksimal bal : 85.000
    Namizədlərin sayı : 400
    Ballar üzrə histoqram
    Bal intervalları


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR