Xalq o vaxt böyük, güclü olur ki, özünə bənzəyir, özü olur, başqalarına bənzəməyə çalışmır
Anar MəcidzadəXalq o vaxt böyük, güclü olur ki, özünə bənzəyir, özü olur, başqalarına bənzəməyə çalışmır. Təbii hər bir xalqın özünəməxsus mədəniyyəti, adət-ənənəsi, tarixi var. Bu özünəməxsus xüsusiyyətlər, milli adətlər hər bir xalqı digərlərindən fərqləndirən xüsusiyyətləndəndir. Böyük keçmişi, zəngin tarixi olan azərbaycanlıların da özünün milli mədəniyyəti, irsi, adət-ənənəsi var. Biz mədəniyyətimizə, adət-ənənələrimizə arxa çevirib, digər xalqların (hətta dini, dili bir olsa belə) mədəniyyətinə qucaq açmağımız özümüzü özgələşdirmik oluruq. Əlbəttə, elm, texnologiya sahəsində digər ölkələrin təcrübəsindən yararlanmaq olar, xaricdə təhsil də almaq olar, amma bir şərtlə, nə olur olsun AZƏRBAYCANLI olduğunu, milli kimliyini unutmayasan. Unutdunsa hər zaman basqılarla üzləşəcəksən, məhv olacaqsan. Bir xalqın məhvi isə onun mədəniyyətinin məhvindən başlayır.
Biz axı, niyə özümüz olmayaq? Özümüz kimi düşünməyək? Bu qədərmi özümüz özümüzə nifrət edirik? Axı, dünyada əksər ilklərə imza atan məhz biz olmuşuq.
Əsas (və əsl) Azərbaycanlı olmaqdır-ruhən, cismən, fikir baxımından. Olmayanda isə Mirzə Cəlilin "Anamın kitabı" əsərinin qəhrəmanlarından birinə çevrilirik. "Anamın kitabı" əsərinin məzmunu isə belədir. Ananın üç oğlu və bir qızı var. Oğlanların hər biri başqa — başqa ölkələrdə təhsil görüblər. Biri Rusiyada, o biri Türkiyədə üçüncüsü İranda islam məktəbi keçib. Qardaşlar təhsil aldığı ölkələrin mədəniyətlərinə inteqrasiya etdikləri üçün heç vaxt ortaq məxrəcə gələ bilmirlər, hətta bacılarını ərə vermək fikri olduğunda belə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.