İmişli rayonununda, zorakılığa məruz qalmış,yetkinlik yaşına çatmayan uşaqla bağlı Komitə tərəfindən iş davam etdirilir
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun Azadmedia.az-a verdiyi məlumata görə Dövlət Komitəsi və Sosial Xidmətlər Agetliyinin birgə əməkdaşlığı ilə bu gün, azyaşlı xəstəxanadan cıxarılaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial xidmətlər Agetliyinin nəzdində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsi"-nə yerləşdirilib.
Səhhəti yaxşıdır və daim həkim nəzarətində olacaq.Eyni zamanda sığınacaqda psixoloji reabilitasiyaya cəlb olunaraq,müvafiq köməklik göstəriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.