Azad müstəqil və bütöv Azərbaycanın ən mütəşəkkil, monolit və bütün istiqamətlərdə qalib partiyası fəaliyyətinin 29-cu il dönümünü qeyd edir.
Şərəfli tarixi və uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycan salnaməsini yaradan YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi dövlətə və xalqa layiqincə xidmət edib.
Bu gün Yeni Azərbaycan Partiyasında parlaq zəkası və bənzərsiz siyasəti ilə dünya liderləri arasında fərqlənən İlham Əliyev missiyası böyük məsuliyyət və xüsusi fədakarlıqla davam edir. Və bu preventiv fəaliyyət misilsiz nailiyyətləri olan alternativsiz siyasi kursla müşayiət olunur.
YAP-ın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir, demokratik, vətənərvər siyasi lider kimi ən başlıca mənəvi və idarəedicilik keyfiyyətlərindən biri ondan ibarətdir ki, o, ümumi rifah naminə atdığı bütün addımlarında xalqına arxalanıb və vətəndaş mövqeyindən çıxış edib. Tarixi təcrübə sübut edir ki, liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edib. Və bu gün bütün dünya bu təcrübənin, bu siyasətin real və ən yüksək nəticəsini gördü. Milli həmrəyliyimizin bəhrəsi olan Dövlət - Xalq – Ordu birliyi 30 ilə yaxın Qarabağ problemini 44 günə həll edib, əzəli və əbədi Azərbaycan torpaqlarının azadlığı və ərazi bötövlüyü uğrunda gedən Vətən müharibəsində Qələbə qazandı.
Möhtəşəm qələbəmiz bütün dünyaya səs saldı. Qalibiyyətimizi “gözü götürməyənlər”, bu reallıqla barışa bilməyənlər tapılsada, bu da təbiidir, məğlubiyyətlə barışmaq iradəsi zəif olanlar üçün çox çətin məsələdir, bizim yolumuz bəllidir, biz haqqımız olanın hər zaman arxasındayıq.
Bizlər bu siyasətin uğurunu öz həyatında yaşayan bütün insanlar, istər gənclilk, istər orta, istərsədə yaşlı nəsil Vətənə, dövlətə xidmət etməyi özlərinin ən şərəfli vəzifə bilib, partiyamizın böyük amalları uğrunda üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə mükəlləfik!
Siyasi Liderimiz İlham Əliyevi və YAP-ın 1 milyona yaxın üzvünü əlamətdar gün münasibəti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin YAP fəalları adından səmimi qəlbdən təbrik edirik, dünəninə ehtiramla, bu gününə İlhamla və Mehribanla, gələcəyinə inamla addımlayan Yeni Azərbaycan Partiyasına siyasi kursunda yeni-yeni hədəfləri qət etməyi arzu edirik!
Bayramımız mübarək əziz siyasi həmfikirlər!
Aytəkin Bağırova
Azərbaycan Dövlət Aqrar Universitetinin
Aqrobiznes və İE fakültəsinin
YAP ərazi ilk partiya təşkilatının sədri :