Zəfər günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin qadınlardan 40 nəfərin cəzası 6 ay azaldılıb, 24 qadın isə azadlığa buraxılıb.
Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.