AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxda "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda seminar keçirilib

  • + A
  • - A
  • 10-12-2021, 21:18


    Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən (DQİDK) Yevlax şəhərində "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda seminar keçirilib.

    Tədbirdə DQİDK-nın sədr müavini Sahib Nağıyev, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Komitənin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şəhər idarə və təşkilatlarının əməkdaşları, eləcə də din xadimləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olan inkişaf və tərəqqinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İ.Hüseynov, eyni zamanda çıxışında dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğunu vurğulayıb, Dövlət Komitəsi tərəfindən bölgələrdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

    Tədbirdə çıxış edən Komitənin sədr müavini Sahib Nağıyev ölkəmizdəki nümunəvi tolerant, multikultural mühit, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına göstərilən diqqət və qayğı barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə hər kəsin vicdan və din azadlığı hüququ var, heç bir irqi, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir. 44 gün davam edən və Azərbaycan dövlətinin Zəfəri ilə nəticələnən Vətən müharibəsi zamanı xalqımızın milli-dini həmrəyliyindən, ölkəmizdəki dini durumun sabitliyindən danışan sədr müavini dini fanatizm, radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində DQİDK-nın fəaliyyətinə də toxunub. S. Nağıyev Dövlət Komitəsi tərəfindən “Dini etiqad azadlığı haqqında” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunlar və digər qanunvericilik aktları rəhbər tutularaq yad dini ideologiyaların yayılmasına, cəmiyyətdə kök atmasına qarşı əsasını dini maarifləndirmə tədbirləri təşkil etməklə bir neçə istiqamətdə mübarizə aparıldığını deyib. Dini radikalizmlə mübarizədə dini qurumların işini diqqətə çatdıran sədr müavini könüllülük əsasında birləşmiş dindar şəxslərin yaratdığı dini icmaların ayrı-ayrı gənclərin radikalizmə və dini ekstremizmə meyillənmələrinin qarşısının alınmasındakı rolunu vurğulayıb.

    DQİDK–nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanda olan tolerantlığın bütün dünya üçün nümunəvi olduğunu diqqətə çatdırıb. Dini mühitdə radikal və ekstremist təmayüllərin inkişafına qarşı ən effektiv yollarından birinin dini maarifçilik, təhsil olduğunu bildirən Natiq Əfəndiyev bu istiqamətdə Dövlət Komitəsinin bütün bölgələrdə həyata keçirdiyi maarifləndirici tədbirlərdən bəhs edərək əsasən gənclərin bu layihələrə cəlb olunduğunu qeyd edib.

    Mövzu ətrafında çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin əməkdaşı Umudvar Mamedov və Yevlax rayonu üzrə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Namiq Əliyev keçirilən seminarın əhəmiyyətindən danışaraq, ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıblar.

    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR