AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar hərəkətə keçdi

  • + A
  • - A
  • 31-01-2022, 15:45

    Komitə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar hərəkətə keçdi

    Ailə,Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsinə, Massalı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyadan verilən məlumata görə, Sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailədə olublar. Fakt araşdırılıb.
    Komitədən Azadmedia.az-a daxil olan məlumata görə Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir.
    Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR