Millət vəkili Əliabbas Salahzadə 21 iyunda Sabunçu rayonu Zabrat qəsəbəsində qəsəbə ağsaqqalları ilə görüş keçirib.
Azadmedia.az xəbər verir ki, görüş zamanı öncə qəsəbə sakinlərini narahat edən problemlər dinlənilib. Çıxış edənlər qəsəbənin problemlər arasında əsas yerləri tutan məşğulluq, işsizlik və bu kimi digər problemləri dilə gətirdilər. Sakinlərin müraciətlərini diqqətlə dinləyən deputat sözügedən məsələlərin qeydiyyatını aparıb. Ə.Salahzadə seçicilərinə bildirib ki, qeydiyyata götürülən müraciətlər yaxın müddətdə tərəfimizdən aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq və həlli istiqamətində addımların atılması təmin ediləcək. Sonda seçicilər göstərdiyi duqqətə görə millət vəkilinə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.